Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb

12-04-2025, 11:58           
Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
“ABŞ və İran Omanda birbaşa danışıqlar aparacaq”.

Bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Livit bildirib.

“Əsas məqsəd İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir. Prezidentimiz bu məqsədə çatmaq üçün diplomatiyaya və birbaşa danışıqlara inanır” , - o qeyd edib.

Xatırladaq ki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.