Luziana məhkəməsi Xəlilin ölkədən deportasiyasına icazə verdi

12-04-2025, 09:48           
Luziana məhkəməsi Xəlilin ölkədən deportasiyasına icazə verdi
Luiziana Məhkəməsi Amerika hakimiyyətinə Fələstinin müdafiəsinə yönələn etirazların lideri, Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlili deportasiya etmək icazəsi verən qərar qəbul edib.

Musavat.com "The New York Post"a istinadən xəbər verir ki, qərara əsasən, Xəlil dərhal deportasiya olunmayacaq; vəkillərinin məhkəmənin qərarından apellyasiya şikayəti vermək imkanı olacaq.

Qeyd edək ki, 30 yaşlı Xəlil Suriyada fələstinli qaçqınların ailəsində doğulub, lakin ABŞ-ın daimi sakinidir. O, ABŞ vətəndaşı ilə evlidir. Xəlil martın əvvəlində Nyu-Yorkda Fələstinin müdafiəsi üçün etiraz aksiyaları təşkil etdiyinə və radikal Fələstin HƏMAS hərəkatı ilə əlaqəyə görə həbs edilib. Amerika hakimiyyəti Xəlilin daimi yaşayış icazəsini ləğv etməyə hazır olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər qeyri-ABŞ vətəndaşlarını ölkədən çıxaracağını vəd etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.