Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqansk meriyasının "keçmiş rəhbərini" məhv edib

4-07-2025, 07:45           
Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqansk meriyasının "keçmiş rəhbərini" məhv edib
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.

Bu barədə “İnterfaks-Ukrayna” UTX-dəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.

Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.

O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru