Texasdan olan konqresmen Xocalı soyqırımına dairbəyanat verib

11-03-2017, 09:45           
Texasdan olan konqresmen Xocalı soyqırımına dairbəyanat verib
ABŞ-ın Texas ştatından olan konqresmen Cin Qrin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konqresmen Qrin bəyanatında 25 il öncə, 25-26 fevral tarixlərində, Ermənistan Silahlı Qüvvələrinin Xocalını işğal etdiyini və bu hücum zamanı yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü qeyd edib.

Bəyanatda Xocalı faciəsi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatının hesabatına toxunularaq, bu dəhşətli hadisənin Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən böyük qətliam kimi xarakterizə olunması və Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən bu vəhşilikləri törətməsi ilə bağlı məqamlara istinad olunub.

Bununla yanaşı, Konqresmen Xocalının hazırda işğal altında olduğunu və BMTTəhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının işğalını pislədiyini bəyan edib.

Konqresmen Qrin bəyanatında Xocalı faciəsini hərbi cinayət adlandıraraq, illər ötdükcə daha çox təşkilat və dövlətlərin Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşilikləri tanıdığını bildirib.

Sonda ABŞ Konqresmeni Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayaraq, həmkarlarına bu faciəni qeyd etdiyi bir zamanda ölkəmizlə birgə olmağa və işğal olunmuş torpaqlarımızda sülhün bərqərar olunması istiqamətində çalışmağa çağırıb. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.