Vizasız rejimi pozanlara qarşı sərt tədbirlər görüləcək
11-03-2017, 10:39
Hökumət vizasız rejimi pozanlara qarşı sərt tədbirlər görəcək. teref.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər naziri Mixail Canelidze söyləyib. “Bizim üçün əsas problem vətəndaşlarımızın Avropa Birliyində qaçqınlıq istəmələridir. Əksər hallarda bu xahiş əsassız olur. Belə ki, bu şəxslərə qarşı diskriminasiya, siyasi təqib olmur. AB artıq Gürcüstanı təhlükəsiz ölkələr sırasına aid edib. Biz imkan verməyəcəyik ki, vizasız rejimi pozan bir neçə şəxs ucbatından bu qədər böyük yaxşılıq yox olsun”, – deyə o bildirib.