Məhkəmə: Xədicə İsmayılın vəkilinin heç bir vəsatəti təmin olunmadı

24-07-2015, 16:03           
Məhkəmə: Xədicə İsmayılın vəkilinin heç bir vəsatəti təmin olunmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyeva sədrlik etdiyi prosesdə X.İsmayılın vəkili Fariz Namazlı bir sıra vəsatətlərlə çıxış edib.
F.Namazlı müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsi, X.İsmayıl barədə cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun vəkili Yalçın İmanovun yenidən prosesə qaytarılması və işdə iştirakına icazə verilməsi, bir sıra şahid ifadələrinin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin dindirilməsi, məhkəmə prosesində audio və videoçəkilş aparılmasna icazə verilməsi, zərərçəkən Tural Mustafayevin videomüracətinin sübutlar siyahısına daxil olunması barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin olunmayıb.
Bununla da məhkəmə prosesi başa çatıb. Məhkəmə baxışı avqustun 7-si saat 11-ə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.