“Necə olur ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, Bako Saakyana Şengen vizası verirlər?” - Novruz Məmmədov

24-07-2015, 22:09           
“Necə olur ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, Bako Saakyana Şengen vizası verirlər?” - Novruz Məmmədov
“Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan gələn şəxslər, o ərazilərdə müəyyən işlər görən bəzi xarici şirkətlər siyahıya salınır, nəzərdə saxlanılır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan hökuməti imkanları daxilində bu gün də həmin fiziki və hüquqi şəxslərə qarşı addımlar atır, gələcəkdə atacaq: “Həmin şəxslər əsasən Avropa ölkələrindəndirlər. İstədiyimiz odur ki, heç bir şeydə ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağdakı qondarma quruma yardım göstərilir, hansısa variantlarla qondarma “prezidenti”nə müxtəlif ölkələrdə Şengen vizası da verirlər? Necə olur ki, Böyük Britaniyanın Kral İnstitutu Bako Saakyanı dəvət edir, tez-tez müxtəlif marafonlarda iştirak etmək üçün ABŞ-a, Fransaya da gedir, istədiklərini edir?! Bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərməyəcək, biz bunları qəbul etmirik ”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.