İki deputata və xalq artistinə orden verildi: YENİLƏNİB

28-10-2017, 19:45           

Milli Məclisin deputatı Musa Qasımlı “Şöhrət” ordeni ilə təltif olunub.

PRESSDAY.az bildirir ki prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev Rauf Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.

Rauf Abdullayev Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti, "Dövlət mükafatı" və "Şöhrət" ordeni laureatıdır.

***

Prezident İlham Əliyev Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.