Xüsusi xidmət orqanlarına əlavə səlahiyyət verildi - Prezidentdən FƏRMAN

28-10-2017, 20:07           
Xüsusi xidmət orqanlarına əlavə səlahiyyət verildi - Prezidentdən FƏRMAN
Azərbaycan prezidenti İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

teref.az-nun məlumatına görə, hazırda qüvvədə olan "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılır.

Dəyişikliyə əsasən Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğu üçün bu orqanlarda xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyat artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru