Rusiya siyasətində daha bir oyunçu- Daha bir milyonçu prezidentlik eşqində
27-11-2017, 07:48
Rusiyalı iş adamı Boris Titov Rusiya prezidentliyinə namizədliyini verəcək. Bu barədə informasiyanı “Vedomosti” qəzeti yayıb. Qəzet bu barədə qərarın Titovun İnkişaf Partiyasının Siyasi Şurasının iclasında qəbul edildiyini bildirib. Qeyd edək ki, Titov milyonçudur. 2006-cı ilə qədər onun sərvəti 1,03 milyard dollar olsa da sonradan azalmağa başlayıb.