MSK-dan deputatlığa namizədlərə XƏBƏRDARLIQ

5-10-2015, 15:24           
MSK-dan deputatlığa namizədlərə XƏBƏRDARLIQ
“Azərbaycanda Azərbaycan dilində yayımlanan, təsisçisi xarici hüquqi şəxslər, xarici qurumlar, birliklər, dövlətlər olan KİV-lər Azərbaycanda keçirilən seçkilərdə qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatın aparılmasında iştirak edə bilməzlər”.

Bunu Lent.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri müavini Natiq Məmmədli bildirib.

N. Məmmədli deyib ki, Azərbaycan dilində yayımlanan xarici KİV-in namizədin təşviqat kampaniyasında iştirak etməsi qanun pozuntusudur və müvafiq məsuliyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru