“Pensiya yaşına çatan məmura xudahafiz deməliyik”

28-01-2016, 14:21           
“Pensiya yaşına çatan məmura xudahafiz deməliyik”
“Pensiya yaşına çatıb, gününü keçirən məmura xüdahafiz deməliyik. Yalnız ehtiyac duyulan şəxsləri dəstəkləmliyik. Ola bilər ki, həmin şəxsə müşavir və ya digər status verilər”.
Bu sözləri deputat Hadı Rəcəbli Modern.az saytının dövlət orqanlarında çalışan yaşlı məmurların ixtisara düşməsi ilə bağlı sualına cavab verərkən deyib.

O qeyd edib ki, prezidentin qeyd etdiyi kimi, mümkün qədər ixtisara yer verməmək lazımdır.

“Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmamaq üçün öncə işçini ixtisara salmamaq barədə düşünsün. Onsuz da hər zaman sahibkarların üzərinə düşürlər. Prezident demişkən, gəlin məmurun əlindən vuraq, sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru