Biləcəridə deyəsən dəmir yolu xəstəxanası var

22-04-2015, 10:38           
Biləcəridə deyəsən dəmir yolu xəstəxanası var
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, “Azərbaycan Dəmir Yolları” QSC-nin ( ADY ) nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmir Yol Xəstəxanası ilə bağlı ölkə mətbuatında kifayət qədər tənqid dolu məqalələr dərc olunur. Amma təəssüf ki, xəstəxananın baş həkimi Adil Tağıyev mətbuatda gedən problemləri həll etmək əvəzinə “mənbə” axtarışına çıxıb. Qulağının dibində, “ağzının içində” problemləri görməzliyə vuran baş həkim guya kiminsə onun karyerasına son qoymaq üçün mətbuata informasiya sızdırdığını düşünür. Amma atalar demişkən, görünən problemə nə “mənbə” ? Həm də atalar demişkən, “Xain xoflu olar”… Adil Tağıyev elə düşünür ki, ötən əsrin 90-cı illərində elədiyi “xəyanət” məsələsi ( keçmiş baş nazir Surət Hüseynovla bağlı ) onu bu gün də qarabaqara izləyir. Nə isə…əsas mövzudan yayınmayaq.
Məlumdur ki, uzun illər Arif Əsgərov ADY-nin rəisi olub. Qafqaz Xəbər Agentliyi bildirir ki, həmin illərdə ADY-nin Səhiyyə xidmətinin rəisi, Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürovun qardaşı Adil Şükürov olub və o, hazırda həmin vəzifəni daşıyır.Qafqaz Xəbər Agentliyinin məlumatına görə uzun illər xəstəxanadakı biabırçılıqlara baxmayaraq nə Arif Əsgərov, nə də Adil Şükürov baş həkim Adil Tağıyev barəsində heç bir tədbir görməyiblər. Əslində ADY-nın rəisi Arif Əsgərov uzun illər işinin öhdəsindən gəlməyən Səhiyyə xidmətinin rəhbəri Adil Şükürovu da Cavid Qurbanovla qohum olduğu üçün vəzifədə saxlayıb. Və indi kreslo dəyişib. Cavid Qurbanov ADY-na rəis təyin olunub, qohumlar daha yaxın olublar. Adil Tağıyevin uzun illər cəzasız qalmasının səbəbi də onun Cavid Qurbanovla yaxın dost olmasıdır. Bir zamanlar, yəni Cavid Qurbanov Dəmir Yol İdarəsinin Tikinti trestinin rəisi işləyəndə Biləcəri dəmir yol xəstəxanası əsaslı ( kapital ) təmir olunmuşdur. Və o zaman tikintidə birə yüz dəfə artıq Forma – 2-lər yazılmışdı. Yəqin ki, ciddi araşdırma olsa həmin kapital təmirin sənədləri üzə çıxar. O vaxtdan neçə il keçməsinə baxmayaraq xəstəxana heç cari təmir də olunmayıb. Görünür, baş həkim Adil Tağıyev səbrsizliklə Cavid Qurbanovun ADY-ə rəis gəlməsini gözləyirmiş ki, xəstəxanada yeni kapital təmir olsun və milyonları həzm-rabedən keçirsinlər. Bütün bu biabırçılıqlardan sonra “mənbə” axtaran baş həkim yaxşı olar ki, dərc olunan yazıların səbəbini özündə axtarsın. Baş həkimin “xəyanəti” haqqında növbəti yazıda bəhs edəcəyik. Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.