Nazir 50 dollar dedi, deputat isə razılaşmadı

22-04-2015, 15:32           
Nazir 50 dollar dedi, deputat isə razılaşmadı
“Növbəti il üçün dövlət büdcəsində neftin qiymətinin 50 dollar hesablanacağı haqda indidən proqnoz vermək doğru olmazdı”.

Bu barədə AzVision.az-a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, bu barədə konkret fikir söyləmək hələ tezidir:

“Dünyada çox ciddi siyasi proseslər gedir. Hər keçən gün dəyişikliklər baş verir. Ona görə də neftin qiymətinin necə olacağını indidən demək çox çətindir. İndidən deyirlər neft büdcədə 50 dollar olacaq, mən bu fikirlə razılaşmıram”.

Qeyd edək ki, hazırda 2016-cı il üçün Dövlət büdcəsi layihəsi üzərində iş aparılır. Maliyyə naziri Samir Şərifovun açıqlamasınan görə, büdcə layihəsinin ilkin variantında bir barrel neft üçün 50 dollar göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru