"Azərişıq" işə başlaması ilə 1 milyard kredit istədi
23-04-2015, 10:54
Azərbaycan hökuməti ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankı kimi beynəlxalq təşkilatlardan maliyyə yardımı istəyib.
Əsasən 750 milyon dollar məblğində vəsait AİB-dən istənilib.
AİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, “Azərişıq” ASC ilə birgə planlaşdırılan layihə bütün ölkəni əhatə edəcək və üç tranşı nəzərdə tutur. Bunun birincisi enerji təchizatının çox pis olduğu rayonlarda həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $1 mlrd. olacaq ki, bunun da $250 mln.-u Azərbaycan hökumətinin büdcəsindən ayrılacaq.
Həmçinin Azərbaycan hökuməti Dünya Bankından $250-300 mln. həcmində maliyyə yardımı istəyib. Lakin yekun qərar bir neçə aydan sonra qəbul olunacaq.
AİB-in 2015-2017-ci illərdə Azərbaycana dair biznes-planında qeyd olunub ki, bank 2015-2016-cı illərdə Azərbaycanda “Elektrik enerjisinin paylanmasının inkişafı” layihəsini maliyyələşdirəcək. Layihənin reallaşmasına $332 mln. ayrılacaq. Bunun $250 mln.-u AİB-in kreditinin, qalanı isə Azərbaycan hökumətinin öz vəsaitinin payına düşəcək