“Elba” kombinatı Əhəd Abıyevin rayonunu zibilliyə çevirib

23-04-2015, 11:45           
“Elba” kombinatı Əhəd Abıyevin rayonunu zibilliyə çevirib
Daşkəsənin ən görkəmli yeri zibilliyə çevrilib.

Tia.az-a məktub yazan rayon sakinləri qeyd edirlər ki, ən yüksək və mənzərəli yerdə, yəni köhnə stadionun yanı zibil qəbiristanlığına dönüb. Hətta şəhərdən 10 km aralıda olan “ELBA” kolbasa kombinatı zir-zibilini bura tökür.
Zibilin üstü örtülmür, vaxtaşırı yandırırlar. Bu da rayonu üfunət iyi ilə bürüyür, nəfəs almaq mümkün olmur. Şəhər artıq kənd statusu alıb. Belə ki, rayon küçələrində, mənzillərin ətrafında, məhəllələrdə mal –qoyun, toyuq-cücə saxlanılır. Bunların zibilləri təmizlənmir. Regionların İnkişafı Dövlət Proqramı tərsinə yerinə yetirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru