“Çoxarvadlılığın qanunla qadağan edilməsi cahillikdir”-Tanınmış jurnalist...

23-11-2019, 09:10           
“Çoxarvadlılığın qanunla qadağan edilməsi cahillikdir”-Tanınmış jurnalist...
“Nurməhəmmədovun atasının ikinci, üçüncü arvad almaq istəyində heç bir gühah yoxdur...”


Rusiyanın tanınmış jurnalisti Aleksandr Nevzorov çoxarvadlılığın qanunla qadağan olunmasına etiraz edib.

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, jurnalist bu haqda fikirlərini “Panoptikum" proqramında söyləyib.

A.Nevzorov həmkarı Vasili Utkinlə birgə "UFC” üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanaf Nurməhəmmədovun ikinci arvad almaq istəyi barədə müzakirədə iştirak edib. Hər iki jurnalist çoxarvadlılığın qanunla qadağan olunmasına etiraz edərək bunu şəxsi həyata müdaxilə kimi dəyərləndiriblər. Aparıcının suallarını cavablandıran həmsöhbətlər ata Nurməhəmmədovun ikinci, üçüncü arvad almaq niyyətində təqsirləndirilə biləcək bir şey görmədiklərini bildiriblər. A. Nevzorov isə çoxarvadlılığın qanunla qadağan edilməsini “həyasızlıq və cahillik” adlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.