Qusarın başçsı da həbs oluna bilər... - İDDİA

8-01-2020, 21:09           
Qusarın başçsı da həbs oluna bilər... - İDDİA
Keçən ilin sonlarına yaxın Ağstafanın icra başçısı Nizaməddin Quliyevin və Yevlaxın sabiq rəhbəri Qoca Səmədovun səs-küylü həbsinin ardından digər oxşar problemli rayonların rəhbərlərinin qorxu içində olduğu və onların barəsində də ölçü görüləcəyi haqda idialar səslənsə də, prosesin durmuş kimi görünməsi bəzi RİH başçılarında sanki köhnə ovqata dönüş təəssüratı yaratmış kimi oldu "Amma bu, belə deyil və parlament seçkilərindən sonra yeni həbslər dalğası başlayacaq" deyən məlumatlı mənbə dia.az-a bildirir ki, sözügedən əsnada hədəfə gələcək fiqurlardan biri də hazırda Qusar rayonuna rəhbərlik edən Şair Alxasovdur.

Mənbənin dia.az-a söylədikləri: "Şair Alxasov "köhnə eşalon" tərəfindən dəstəklənən bir icra başçısı olmaqla yanaşı, mahiyyətcə də köhnə üsulların pərgar icraçsı kimi tanınır. Onunla bağlı Prezident Administrasiyasına yetərincə şikayətlər də ünvanlanıb. İndi isə haqq-hesab vaxtdır".

Məlumatlı mənbə iddia edir ki, Alxasov seçkilərdən dərhal sonra "vurulacaq": "Onun həbsi belə gözləniləndir".

İddia olunanlarla bağlı qarşı trəfin də fkrini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.