Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI

16-01-2020, 12:57           
Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI


Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Tarix: Bu gün, 12:20 | Çap et
Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR?
2019-cu ildə Biləsuvar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 428 min manat məbləğində 18 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tender keçirən qurum Biləsuvar Regional Mədəniyyət İdarəsi olub. Mədəniyyət İdarəsi 7 tenderə 327 min manat xərcləyib.
Keçirdiyi tenderlərin ümumi mələği ən çox olan Biləsuvar rayon İcra Hakimiyyəti olub. İcra hakimiyyəti ümumi məbləği 3 milyon 681 min 310 manat olan 5 tender keçirib.

Rayon üzrə ən çox tender qazanan şirkətlər “Masal-944” MMC, "Xumar-98" firması, “Ayzberq-M” MMC şirkətləridir.

“Ayzberq-M” MMC 4 tenderə 352,5 min manat; "Xumar-98" firması 2 tenderə 187 min manat; “Masal-944” MMC 4 tenderə 118,9 min manat məbləğində qazanıb.

"Perlit" MMC, “Cənub Təmir Tikinti -1 ” MMC rayon üzrə ən böyük məbləğli tenderləri qazanan şirkətlərdirlər.

“Cənub Təmir Tikinti -1 ” MMC 1 tenderə 2,8 milyon manat qazanıb. Tender “Milli Qəhrəman Mübariz İbrahimov küçəsinin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması işləri” üzrə keçirilib.
"Perlit" MMC 2 tenderə 754,5 min manat qazanıb.






Bundan başqa rayonda Biləsuvar Suvarma Sistemləri İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi dövlət satınalma müsabiqələri keçiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.