O GÜN ÖZGƏSİNİN ÖLDÜRÜLMƏSİ ÜÇÜN YOX, ÖZ TORPAQLARIMIZ UĞRUNDA CANLARINI QURBAN VERƏN ŞƏHİDLƏRƏ GÖRƏ BİR YERDƏ İDİK ...

20-01-2020, 01:53           
O GÜN ÖZGƏSİNİN ÖLDÜRÜLMƏSİ ÜÇÜN YOX, ÖZ TORPAQLARIMIZ UĞRUNDA CANLARINI QURBAN VERƏN ŞƏHİDLƏRƏ GÖRƏ BİR YERDƏ İDİK ...
1990-cı il yanvarın 19-u gecəsindən 25-nə qədər o zaman təhsil aldığım Peterburqdan Bakıya zəng vurmaq mümkün deyildi. Ona görə də Borçalıya - evimizə zəng vurdum. Telefonu rəhmətlik anam götürdü və dedi ki "atangil kənddə mal-qoyun, o cümlədən sənin toy məclisin üçün saxladığımız üçillik dananı da kəsib apardılar ki şəhidlərə ehsan versinlər."
Sovet ordusunun Bakıda törətdiyi vəhşiliklərin rəsimlərini Peterburqa ilk dəfə bizdən bir kurs aşağı oxuyan Qalib gətirdi. Gözlərimizə inanmırdıq. Öz-özümə sual verirdim : "Doğrudanmı mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmiş, hətta ordakı döyüşlərin nəticəsi olaraq hələ də bədənimdə çəkisi yarım kiloqrama qədər qəlpə gəzdirirəm?" İlk etdiyim iş veteran vəsiqəsini cırıb atmağım oldu...
Mənim üçün ilk təsəlli yanvarın 27-də bizim qonşu otaqda yaşayan, çeçen millətindən olan Ruslanın Qroznıdan gələn qardaşı Ramizin mənə "o tankların üstünə əliyalın gedən MİLLƏTi məğlub etmək olmaz"... Bunu indi qəhrəmanlığına qibtə elədiyimiz Çeçen xalqının nümayəndəsi deyirdi...
Onu da deyim ki, ikinci dəfə 20 Yanvar qəhrəmanlarına ehsan verildiyinə 2007-ci ilin yanvarında Dərbənddə şahid oldum...
RUHLARINIZ ŞAD OLSUN, ŞƏHİDLƏR .
Kərəm Hətəmoğlu Məmmədli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.