Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlanıb

29-04-2015, 16:32           
Azərbaycanın neft və qaz ehtiyatlarının ümumi həcmi açıqlanıb
Bu gün Azərbaycanın neft ehtiyatlarının ümumi həcmi 2 mlrd. tona bərabərdir.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi isə 2 trln. 550 mlrd. kub metrə bərabərdir. “Bundan başqa bizim proqnoz ehtiyatlarımız var. Bunlardan “Zəfər” və “Məşəl”, “Asiman-Şəfəq”, “Naxçıvan” kimi strukturların böyük qaz-kondensat ehtiyatına malik olması ilə ümumilikdə bizim 6 trln. kub metr qazımız olur”, - deyə X. Yusifzadə bildirib.

Vitse-prezident əlavə edib ki, yalnız texniki məsələlər həll olunduqdan sonra kəşf edilən yataqlarda olan təbii qaz 2018-2020-ci illərdə müvafiq kəmərlərlə ixrac oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru