Hacı Madər Biləcəri bazarına ortaq oldu - FOTOLAR

1-05-2015, 09:50           
Hacı Madər Biləcəri bazarına ortaq oldu - FOTOLAR
Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 78 ünvanda yerləşən köhnə kolxoz bazarı ilə bağlı ilginc məlumatları araşdırmışdıq. Qısa xatırlatma üçün qeyd edək ki, redaksiyamıza daxil olan məlumatdan bəlli olurdu ki, bazar Zaur Əliyev və Anar Hüseynzadəyə məxsusdur. Məlumatda diqqətimizi çəkən əsas məqam Anar Hüseynzadənin Xarici İşlər Nazirliyinin əməkdaşı olması idi.
Diplomatın qanuna zidd olaraq bizneslə məşğul olmasını araşdırarkən məlum oldu ki, Zaur Əliyev və Anar Hüseynzadə məktəb illərindən yaxın dostlardır. Və rəsmi olaraq bazar Zaur Əliyevin adınadır. Ancaq Azərbaycan reallığında sənədin kimin adına olmasının əsas olmadığı heç kimə sirr deyil. Son günlər “sahibini axtaran bazar”la bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumata görə, millət vəkili Hacı Madər Musayev bu yaxınılarda Biləcəri bazarına ortaq olub. Və daxil olan məlumatdan aydın olur ki, köhnə bazar marketlər şəbəkəsindən birinin filialına çevriləcək. Daha dəqiq desək, köhnə bazar söküləcək və yerində “Favorit-Market” supermarketlər şəbəkəsinin Biləcəri filialı inşa olunacaq. Mətbuatda gedən yazılarda isə “Favorit-Market” supermarketlər şəbəkəsinin Hacı Madər Musayevə məxsus olması dönə-dönə qeyd olunur.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.