.Evi dağılmış adama 1000 manat pul verirlər

12-03-2021, 09:08           
.Evi dağılmış adama 1000 manat pul verirlər
Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi üzrə baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

İclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları, digər rəhbər şəxslər iştirak ediblər.

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas iclas barədə "Şərq"ə öz fikirlərini bildirib:

"Bu çox vacib bir məsələdir. Komissiyanın işindən bir çox insan narazıdır. Çünki müharibədən ziyan görmüş ərazilərdə zərərçəkənlərə lazım olduğu qədər diqqət yetirilmir. Evi dağılmış adama 1000 manat pul verirlər. Həmin məbləğə isə heç nəyi bərpa etmək mümkün olmur. Bu iclasda icra başçılarına mövcud vəziyyət izah olundu. Görüşün nəticələrini isə gələcək zamanda görmək olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.