Ərəblər bu dəfə Qaxda nadir quşları ovladılar - FOTO/VİDEO

25-03-2021, 17:12           
Ərəblər bu dəfə Qaxda nadir quşları ovladılar - FOTO/VİDEO
“Ecofront” səhifəsi ərəb turistlərin qanunsuz ovu ilə bağlı daha bir görüntü yayıb.

“Qafqazinfo” xəbər verir ki, ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən səhifədə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub.

Qeyd edək ki, Acınohur ərazisində çəkilmiş görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.