“Azərlotoreya” nə qədər qazanır ki, reklama milyonlar xərcləyir? - İcazə verin, şübhələnək...

22-07-2022, 09:29           
“Azərlotoreya” nə qədər qazanır ki, reklama milyonlar xərcləyir? - İcazə verin, şübhələnək...
“Azərlotoreya”nın reklam üçün xərclədiyi vəsait açıqlanıb.

Şirkət təkcə reklam üçün yüz minlərlə manat vəsait xərcləyib.

Belə ki, 2021-ci ildə reklama 884 min manat xərcləyib.

Bir il ərzində reklam xərcini 810 min manat və ya 12 dəfə artırıb.

2020-də bu xərc 74 min manat olub.

Bu il isə “Azərlotoreya”nın reklam üçün xərclədiyi vəsaitin məbləğinin 1 milyonu ötdüyü bildirilir.

Görün, camaatın başını aldadaraq fəaliyyət göstərən şirkət nə qədər qazanırsa, təkcə reklam üçün milyonlar xərcləyir.
Busaat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.