Yevlax 7 saylı Qeydiyyat İmtahan Şöbəsinin rəisi Elxan Əliyevdən şikayət var

1-06-2016, 12:11           

teref.az poçtuna daxil olmuş şikayət ərizəsini təqdim edir!
Ucar rayonu Küçəkənd kənd sakini Səfərov Əlmusa Ağamusa oğlu tərəfindən


Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ


Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Yevlax 7 saylı Qeydiyyat İmtahan Şöbəsinin rəisi Elxan Əliyev və əməkdaşı polis mayoru Yelmar Həsənov vəzifə səlahiyyətlərindən və mənim savadsızlığımdan sui-istifadə edərək aldadıb atamın adına mülkiyyətdə olmuş və mənə 40 illik etibarnamə ilə verilmiş avtomobilimi Səfərova Hüsniyyə Abbasəli qızının adına rəsmiləşdirmişdilər ki, bu fakt cinayət əməlidir.Belə ki, 09 noyabr 2013-cü il tarixdə mənə məxsus oloan VAZ 21074 markalı 61 BB 756 dövlət nömrə nişanlı avtomobilimin sənədləri itdiyi üçün Göyçay Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etdim.Bundan sonra Göyçay RPŞ-dən 24.12.2013-cü il tarixdə arayış verildi.Həmin arayış əsasında 7 saylı Qeydiyyat İmtahan şöbəsinə müraciət etdim.Oranın əməkdaşı polis mayoru Yelmar Həsənov mənə bildirdi ki, özündə qalmış etibarnamənin surətini Ucar rayon notariusunda təsdiq elətdir gətir avtomobilin texniki pasportunu sənə çıxarıb verim.Mən atamın mənə verdiyi 40 illik etibarnamənin surətini notariusda təsdiq elətdirib Yevlax 7 saylı Qeydiyyat,İmtahan şöbəsinə polis mayoru Yelmar Həsənova təqdim etdim.Yelmar Həsənov həmin texniki pasportun yenisinin verilməsini mümkün olmadığlını bildirdi və həmin maşını həyat yoldaşımın adına sənədləşdirdi.Sən demə mənim xəbərim olmadan əvvəlcədən danışılıb razılaşılmış qaydada bu cinayət əməlini ediblər. Sonradan həyat yoldaşımla rəsmi olaraq boşandıq.Guya mən öz maşınımı həyat yoldaşıma satmışam.Bu necə inandırıcı ola bilər ki, 40 illik etibarnaməmlə həmin avtomobili mənim adıma sənədləşdirmək mümkün olmasın ? Mən öz avtomobilimi həyat yoldaşıma satım ? Hansı ki, notarial qaydada təsdiq edilmiş etibarnamə ilə də həmin avtomobil mənim adıma qeydiyyata aldıra bilərdi ki, korrupsiyaya qurşanmış polis kapitanı Yelmar Həsənov bunu etmədi.Bu sırf cinayət əməlidir ki. Yelmar Həsənov rüşvət alaraq bunu etmişdir. Bildirirəm ki, Yevlax 7 saylı Qeydiyyat,İmtahan şöbəsində korrupsiya baş alıb gedir.Sürücülük vəsiqəsini alamaq üçün 1100 manat rüşvət verməyən şəxsi saxta üsullarla imtahandan kəsirlər baxmayaraq ki, imtahanı elektron qaydada edirlər.Texniki baxış, avtomobilin nömrəsinin dəyişdirilməsi. sürücülük vəsiqəsinin yenilənməsi hamısı rəis Elxan Əliyev tərəfindən təyin edilmiş rüşvətlə satılır.Elə buna görədir ki, başda rəis Elxan Əliyev olmaqla bütün işçilərin bahalı villaları, restoranları, ticarət obyektləri var.Buna görə də bu ciddi qanunsuzluq faktı tam, hərtərəfli və obyektiv araşdırılmalı polis mayoru Yelmar Həsənovun və rəis Elxan Əliyevin barəsində qanunu tədbirlər görülməlidir. Ümumiyyətlə oranın bütün əməkdaşları cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Sizdən çox-çox xahiş edirəm şikayətimdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Yevlax 7 saylı Qeydiyyat, İmtahan şöbəsinin rəisi Elxan Əliyevin və əməkdaşı Yelmar Həsənovun barəsində qnunu tədbirlər görəsiniz.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.