“Media Təqib Mərkəzi” MMC ilə Vergilər Nazirliyi arasındakı məhkəmə çəkişməsi sona çatıb.
Bu barədə Avropa.info-ya mərkəzin rəhbəri Elşad Miri məlumat verib.
Elşad Miri bildirib ki, məhkəmə Vergilər Nazirliyinin tətbiq etdiyi cəriməni ləğv edib: “"Media Təqib Mərkəzi" MMC-yə Vergilər Nazirliyi tərəfindən açılan səyyar vergi yoxlamasının nəticəsi barədə aktın etibarsız olduğu, əvəzimə çəkilən imzanın saxta olduğu məlum oldu və məhkəmə bu gün lehimizə qərar verərək tətbiq olunan cəriməni ləğv etdi. İndi müfəttişə qarşı rəsmi sənəddə saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işinin açılması məsələsi qalıb”.
Qeyd edək ki, bir müddət öncə Elşad Miri Vergilər Nazirliyini məhkəməyə vermişdi. Buna səbəb isə nazirliyin sözügedən mərkəzi cərimələməsi olmuşdu. Belə ki, Vergilər Nazirliyi tərəfindən ötən il mərkəzdə səyyar yoxlama aparılıb. Yoxlama nəticəsində şirkət cərimə edilib. E.Miri cərimənin qeyri-qanuni olduğunu, bundan əlavə nazirliyin tərtib etdiyi potokola onun əvəzindən imza atıldığı iddiasını irəli sürmüşdü.