Azərbaycanın məşhur qəsəbəsi yox olmaq təhlükəsində - Video

2-06-2016, 11:31           

Hazırda qəsəbədə 1600 nəfərə yaxın əhali var.

1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olan, sonradan isə qəsəbə statusu alan Basqal qəsəbəsi tərkedilmək təhlükəsi ilə üz-üzə qalıb. Qala və məscidləri ilə çox məşhur olan Basqal qəsəbəsində ən çox istirahət üçün gələn insanlara rast gəlmək olur. Yerli sakinlərsə qetdikcə azalır. Yaşayış evlərinin əksəriyyətinin qapıları bağlı qalıb. Kənd sakinləri də vəziyyətdən narahatdır.

Hazırda qəsəbədə 1600 nəfərə yaxın əhali var. Məktəblərdə əvvəllər 1000 nəfərə yaxın şagird təhsil alırdısa, indi 105 şagird var. Belə davam edərsə qəsəbə tamamilə boşala bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.