Elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək

2-06-2016, 11:40           

""ASAN viza sisteminin təsis edilməsi barədə prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə "ASAN viza" portalına müraciət edəcəklər"".

teref.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimovun sözlərinə görə, portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı da həmin portaldan elektron formada, e-mail-lərinə təqdim edilməklə almaq mümkün olacaq: "Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər".

İ.Kərimov bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək: "Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə, digər viza alma prosedurları öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Çox qısa müddət ərzində bu il ərzində, bu aylarda elektron viza tətbiq ediləcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.