Tələbə kreditləri nə vaxt veriləcək? - Açıqlama
29-06-2016, 00:18
“Təhsil krediti ilə bağlı “Maarifçi” Tələbə Kredit Fonduna müraciət edən tələblərin işlərinə baxılır”.
“Maarifçi” Tələbə Krediti Fondundan verilən məlumata görə, hazırda müraciətlərin emalı prosesi gedir.
“Hazırda nə qədər tələbənin bizə kreditlə bağlı müraciət etməsi məsələsinə baxılır və bu istiqamətdə araşdırma aparılır. Nəticələr bəlli olduqdan sonra kimlərin bu kreditdən yararlana biləcəyi məlum olacaq”.
Fonddan bildirilib ki, müraciət edən tələbələr arasında Fondun yaradılmasında təşəbbüs göstərən universitetlərlə yanaşı, digər ali təhsil müəssisələrinin də tələbələri də var.
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən tərəfindən təsis edilib.
Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
AzVision.az