“Universitetlə bağlı heç bir planım yoxdur” – Yeni rektor

29-06-2016, 00:47           
“Universitetlə bağlı heç bir planım yoxdur” – Yeni rektor
Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva bu gündən yeni vəzifəsinin icrasına başlayıb.
Bu barədə o, özü məlumat verib. N.Əliyeva yeni vəzifəsinə görə ölkə başçısına təşəkkürünü bildirib.
“Ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyinat almışam. Buna görə prezidentə təşəkkür edirəm.Bu gündən etibarən rektor kimi fəaliyyətə başlamışam”.
Xanım rektor hələlik universitetin kollektivi ilə tanış olmadığını vurğulayıb. Bundan əlavə N.Əliyeva rektoru olduğu təhsil olacağı ilə bağlı hər hansı iş planının olmadığını söyləyib.
“Hələlik universitetlə bağlı heç bir planım yoxdur. Kollektivi tanıyandan, buradakı vəziyyətlə tanış olandan sonra hansı işləri görəcəyimi müəyyən edəcəyəm”.
Qeyd edək ki, N.Əliyeva iyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunub.
O, bundan öncə isə təhsil nazirinin müşaviri vəzifəsinə təyinat alıb.
AzVision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru