VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu dərmanlar pulsuz verilir

5-03-2024, 16:44           
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu dərmanlar pulsuz verilir
Bəstəboy uşaqların boyunu artırmaq üçün nəzərdə tutulan dərmanlar dövlət tərəfindən təmin edilir.

TEREF "Baku TV"-yə istinadən xəbər verir ki, əksər valideynlər belə preparatların pulsuz verildiyindən xəbərsizdirlər.

Bəs görəsən, bəstəboyluqdan əziyyət çəkən uşaqların valideynləri belə dərmanları almaq üçün hara və necə müraciət etməlidirlər? Proses necə aparılır?

TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, boy hormonunun müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri ilə təminatı Respublika Endokrinoloji Mərkəzi həyata keçirir. Mərkəz 1700-ə yaxın qeydiyyatda olan şəxsin müalicəsi üçün istifadə olunan dərman vasitələri ilə təmin olunub. Sözügedən preparatlar yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələrə verilir.

Mütəxəssislər bildiriblər ki, boy artımı qızlarda 14-15, oğlanlarda 15-16 yaşına qədər, nadir hallarda isə 23-25 yaşa qədər davam edir. Odur ki, boyunun balaca olmasından şikayətlənənlər gec olmadan sahə poliklinikasına müraciət edərək bu ödənişsiz dərmanlardan yararlana bilərlər.

Daha ətraflı video-materialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru