Koronavirusla bağlı dəhşətli sirr AÇIQLANDI: çoxları bu barədə susur

6-03-2024, 09:34           
Koronavirusla bağlı dəhşətli sirr AÇIQLANDI:
Yel Xalq Sağlamlığı Məktəbinin epidemiologiya professoru Harvi Riş koronavirusla bağlı dəhşətli bir sirri açıqlayıb.

Referans.az-ın xarici mətbuata istinadla xəbərinə görə, alim bildirib ki, koronavirus ABŞ tərəfindən bioloji silah kimi yaradılıb.

Professor, 2019-cu ilin payızında Uhan laboratoriyasından sızan virusun 2017-ci ildə “Moderna” patentlərində və digər bioloji və casusluq kəşfiyyatında tapılan unikal 19 nukleotidli genetik ardıcıllığı ehtiva etdiyini söyləyib.

“Bu virus, COVID-19, biomühəndislik üsulu ilə yaradıldığı üçün mövcuddur”, - Riş vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən çirkli pulların yuyulması yolu ilə EcoHealth alyansı, həmçinin Pentaqon və USAİD-in qrantları hesabına maliyyələşdirilən Uhan Virusologiya İnstitutunda məsuliyyətsiz iş aparılıb.

"Mən bu işi və Uhan Virusologiya İnstitutundan sızmanı biosilah sənayemizin bəhrəsi hesab edirəm", - alim deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru