Sahibsiz küçə itləri uşaqdan-böyüyə hər kəs üçün problemdir: Bu məsələ necə həll olunmalıdır? - VİDEO

6-03-2024, 12:39           
Sahibsiz küçə itləri uşaqdan-böyüyə hər kəs üçün problemdir: Bu məsələ necə həll olunmalıdır? - VİDEO
Sahibsiz küçə itləri uşaqdan-böyüyə hər kəs üçün problemdir: Bu məsələ necə həll olunmalıdır? - VİDEO
9 yaşlı Amara hücum edən itlər Qobu park ərazisindən kənarlaşdırılıb. Sonxeber.az xəbər verir ki, "ARB Xəbər"in əməkdaşları itlərin təhlükə yaratdığı ərazilərdə olub:

Küçə itlərini sığınacaq əməkdaşları bir-bir tutaraq ərazidən uzaqlaşdırır. İtlər mərkəzə aparıldıqdan sonra onlara quduzluğa qarşı iynə vurulur və daha sonra qısırlaşdırıcı əməliyyat olunur. Sonra isə müvafiq ərazilərə, şəhər və şəhərdən ətraf ərazilər müəyyən olunaraq yenidən buraxılır.

Qobu park ərazisi itlərdən xilas olsa da, bu sözü Abşeron rayon ərazilərinə şamil edə bilmərik. Onlarla sahibsiz it insanların və azyaşlıların əhatəsində gəzir, qidalanır və istirahət edir. Aralarında daha aqressiv olanlar isə çox vaxt ətrafdan keçənlərə hücum edir.

" Bəzən məktəbə tək gələn uşaqlar var. Qorxurlar və həyəcan keçirirlər. O həyəcan nə desəz yetir. Bir deyil, iki deyil. Onlarla it birdən dolanırlar. Məktəbin içinə keçmək olmur. Sürü ilə gedirlər".

Aparılan araşdırmadan belə nəticə çıxır ki, bu və digər təhlükələrə səbəb olan sahibsiz itlərin sayı günbəgün artır. Bu artım isə cəmiyyət üçün real təhlükədir.

Ətraflı "ARB Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru