Lənkəran Şəhər İcra Hakimiyyəti yol problemi ilə bağlı şikayətlərə cavab verdi - MÖVQE

6-03-2024, 16:20           
Lənkəran Şəhər İcra Hakimiyyəti yol problemi ilə bağlı şikayətlərə cavab verdi - MÖVQE
Lənkəran rayonunun yol infrastrukturu ilə bağlı son illərdə heç bir addımın atılmamasına dair bir sıra media orqanlarında səsləndirilən əsassız iddialarla bağlı bildiririk ki, son 12 ildə dövlət başçısının xüsusi qayğısı nəticəsində Lənkəran rayonunda ümumilikdə 200 km-ə yaxın 9 yol layihəsi icra edilib. 2020-ci ildə Kərgəlan kənd inzibati ərazi dairəsinə daxil olan Kərgəlan, Darquba və Lüvəsər kəndlərini də əhatə edən ümumi uzunluğu 38,6 km yol layihəsi həyata keçirilib.
Bəzi media resurslarında təqdim olunan Kərgəlan yolu kənddaxili yoldur və kənddaxili yollar təmiri qanunvericiliyə uyğun olaraq yerli bələdiyyələrin balansındadır. Hər il bələdiyyə tərəfindən büdcəsinə daxil olmuş vəsaitə uyğun olaraq kənddaxili yollarda mütəmadi cari təmir işləri aparılır.
Məlumat üçün qeyd edək ki, hazırda ucqar dağ kəndlərini də əhatə etməklə 2 yol layihəsi Dövlət İnvestisiya Proqramına daxil edilib. Bu sahədə vəsait ayrıldıqdan sonra sözügedən layihələr həyata keçiriləcəkdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti hər zaman mediaya açıqdır, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan istənilən məsələnin dəqiqləşdirilməsində mətbuatla əməkdaşlıqda maraqlıdır və hər zaman buna hazırdır. Bir daha media təmsilçilərini dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, şəxsi mülahizələri və fikirlərini fakt kimi təqdim etməməyə dəvət edirik.
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru