Xaçmaz məktəbində xəsarət alan şagirdə niyə təcili tibbi yardım ÇAĞIRILMAYIB? - VİDEO

7-03-2024, 16:00           
Xaçmaz məktəbində xəsarət alan şagirdə niyə təcili tibbi yardım ÇAĞIRILMAYIB? - VİDEO
Azərbaycanın daha bir məktəbində insident yaşanıb. Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin 9-ci snif şagirdi Rəsul Məmməd oğlu Yağmurov dərs zamanı xəsarət alıb. Belə ki, 8-ci sinif şagirdinin idman meydançasında təsadüfən atdığı daş Rəsul Yağmurova dəyib. Nəticədə yeniyetmə üz nahiyyəsindən ciddi xəsarətlər alıb.

Bu barədə Bizim.Media-ya şagirdin atası Məmməd Yağmurov müraciət edib. Ata dərs zamanı baş verən olayda ciddi xəsarətlərlə üzləşən oğluna məktəb rəhbərliyi tərəfindən niyə təcili tibbi yardım çağırılmadığından gileylənib. Ata bildirib ki, oğıunun həm sinif rəhbəri, həm də məktəbin direktorunu əvəz edən Vüsalə Yusifli hadisənin baş verməsi ilə bağlı nə ona vaxtında məlumat verib, nə ilkin tibbi yardım göstərib, nə də təcili yardım çağırıb.

Məmməd Yağmurov oğluna məktəbdə etinasız münasibət göstərilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.

Məsələ ilə bağlı Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin direktor əvəzi Vüsalə Yusifli ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mətbuat katibi Gülər Hüseynova isə baş verən hadisədən xəbərdar olduqlarını və araşdırma getdiyini qeyd edib.

Mövzunu diqqətdə saxlayacağıq...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.