Bakıda pulsuz “Wi-Fi”ın adı var, özü yox - VİDEO

8-03-2024, 12:54           
Bakıda pulsuz “Wi-Fi”ın adı var, özü yox - VİDEO
Paytaxtda bir çox parklarda vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş ictimai “Wi-Fi”dan istifadə etmək olmur.

Cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsini təmin etmək məqsədilə quraşdırılan pulsuz “Wi-Fi” şəbəkəsinin hazırkı vəziyyəti görülən işi də, çəkilən xərci də boşa çıxarır.

Sual yaranır: əgər internetdən istifadə əlçatan olmayacaqdısa, niyə quraşdırılırdı?
Məsələ ilə bağlı “Baktelecom”dan bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə uyğun müəyyən edilir. Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri internetə qoşularkən çətinlik yarada bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru