Naxçıvanda nə baş verir, bunu kimsə izah edə bilərmi?! Deməli belə, dövlətin rəsmi məlumatlarına görə, 2023-cü il yanvarın 1-nə Naxçıvanda 110 min 261 muzdlu işçi olub, bu ilin, 2024-cü ilin əvvəlinə isə muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 59 min 612 nəfər olub. Ən çox azalma özəl sektordadı - Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 72 min 645 nəfərdən, 23 min 190 nəfərə düşüb. Yaxşı, bu qədər iş yerləri niyə bağlanıb? Nədən özəl sektorda rəsmi işçilərin sayı birdən-birə 3 dəfədən çox azalıb?! Belə çıxır ki, Naxçıvanın bütün özəl sektoru Talıbovların əlində olub, onların obyekt və biznesləri bağlanan kimi, 49455 nəfər işsiz qalıb?! Bütün Naxçıvan onlara işləyirmiş?! Bu qədər işsiz insanın aqibəti necə olub bəs?! Arana-Turana dağlışıblar?! Sual verənləri “bağlamaq” olar e, amma bu yolla problemlər həll olunmaz... Natig Cəfərli TEREF