“Bakı-Sumqayıt yolundan istifadə edənlər xəstəliyə tutulacaqlar”

11-03-2024, 15:24           
“Bakı-Sumqayıt yolundan istifadə edənlər xəstəliyə tutulacaqlar”
“Bakı-Sumqayıt yolundan istifadə edənlər xəstəliyə tutulacaqlar”

“Diqqətçəkən məsələlərdən biri Bakı-Sumqayıt yolundakı tıxacdır. Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixologiyasına necə təsir göstərir?”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

“Mənə elə gəlir ki, bu, həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar”, - deyə deputat bildirib.

***

Digər millət vəkili Fəzail Ağamalı isə Bakı-Sumqayıt arasında metrostansiya tikilməsi ilə bağlı təklif verib. Deputat bildirib ki, Lökbatana metrostansiyasının çəkilməsi də faydalı olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru