Rusiya bölgələri dron hücumuna məruz qalıb: Neft anbarı yanır - VİDEO

12-03-2024, 08:47           
Rusiya bölgələri dron hücumuna məruz qalıb:
Martın 12-nə keçən gecə Rusiyanın ən azı altı bölgəsi dron hücumuna məruz qalıb.

Bildirilir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub.

Oryol vilayətində neft bazasına da zərbə dəyib və yanacaqla dolu çən alışıb.

Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız qalıb. Xəsarət alanların olmadığı bildirilir.
Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.