“Baku Electronics”in yığılmış vergi borcu 1,2 mln. manatı ötüb face

12-03-2024, 18:54           
“Baku Electronics”in yığılmış vergi borcu 1,2 mln. manatı ötüb face
“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.

“APA-Economics” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru