Manatın alıcılığı azalır, qiymət artır: Nə olacaq?

13-03-2024, 09:34           
Manatın alıcılığı azalır, qiymət artır: Nə olacaq?
Qiymətlər fevralda ötən ilin eyni dövrünə nisbətən 1,3 % yüksəlib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7 % artıb.

“Cebhe.info” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 1,6 %artıb. Qeyri-qida məhsullarından artım əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, infilyasiya daha yüksək həddə arta bilər:

“Azərbaycan manatına olan təzyiqlər kəskin artıb. Ümumiyyətlə, dünya birjasında infilyasiya artıb. Dünyada baş verən proseslərlərlə bağlı hələlik proqnoz vermək çətindir. Lakin iqtisadi duruma baxaraq inflyasiyanın arta biləcəyi və manatın alıcılıq qabiliyyətinin aşağı düşəcəyi proqnazlaşdırılır”.

Ekspert vurğulayıb ki, dünya bazarında yaranan ajiotaj manatın alım güçünə təsir edəcək:

“Ölkə iqtisadiyyatının əsas gəlir mənbəyindən biri neft məhsulları olduğuna görə dünya bazarında neftin qiyməti artdığı zaman inflyasiyanın qarşısı bir qədər alına bilər. Lakin indiki durumda OPEK ölkələri neftin qiymətinə bağlı hansısa dəyişiklik etməyib. Bu baxımdan manatın stabil qalıb -qalmayacağı sual altındadır”.

Ekspert qeyd edib ki, hazırda postpandemiya dövrünü yaşayırıq:

“Amerikanın Fedaral Ehtiyatlar Sistemi (FED) çalışır ki, pandemiya dönəmində itirdiyi valyutaları inflyasiya yolu ilə geri qaytarsın. Bunun üçün də faiz dərəcələrini aşağı salaraq inflyasiyanın yolunu açmağa çalışırlar. Ola bilər ki, 2008-2009- cu illərdəki dünya böhranı yenidən təkrarlansın. Lakin ölkəmizə hansı formada təsir edəcəyi hələlik məlum deyil. Çox güman ki, ciddi təsir etməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.