Sahibsiz itlərin sürüləri vətəndaşları dəhşətə gətirir
13-03-2024, 15:24

Küçə itlərinin mövzusu ölkəmizdə ciddi problemə çevrilib. Müvafiq orqanlar itlərin peyvəndlənməsi, qısırlaşdırılması və müvəqqəti sığınacaqlara toplanmasını bildirsələr də, xüsusilə son aylarda sakinlərin şikayətlərinin sayı artıb. Bu problem ölkəmizdə hər yerdə mövcuddur. Həm paytaxtda, həm də rayonlarda ac, sahibsiz itlər çoxalıb. Əsl təhlükə sürü ilə gəzib insanlara hücum edən itlərdir.
Bir neçə gün əvvəl Qaradağ rayonunda it sürüsü oynayan uşaqlara hücum edərək 9 yaşlı uşağı parçalayıb. Uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bu yeganə hal deyil. Küçə itlərinin hücumundan əziyyət çəkən vətəndaşlardan çox şikayətlər var. Problem qaldırılır, vətəndaşlar aidiyyatı orqanlara müraciət edir, lakin bu məsələ ilə bağlı konkret addım atılmır. Məsələ ilə məşğul olan qurumların qaynar xəttləri zənglərə cavab vermir, cavab versələr də, ancaq məsələ ilə məşğul olacaqlarını deyirlər.
Bu problemi ən qısa zamanda həll etmək lazımdır, çünki hücumların əsas qurbanları uşaqlar olur. Bu məsələyə ciddi yanaşmırlar, buna görə də sahibsiz itlərin sayı artır və ölkəmizin saysız-hesabsız problemlərinə daha bir təhlükəli problem əlavə olunur.
Palitra