Qobu qəsəbəsində kanalizasiya xətləri yoxdur? - VİDEO

13-03-2024, 12:44           
Qobu qəsəbəsində kanalizasiya xətləri yoxdur? - VİDEO
Abşeron rayonu, Qobu qəsəbəsində bir qrup sakin yaşadıqları ərazidə kanalizasiya xətlərinin olmamasından şikayətlənirlər.

Xezerxeber.az-ın məlumatına görə, Qobu qəsəbəsi, Əliağa Ağayev küçəsində kanalizasiya xətti yoxdur.

Ümumiyyətlə, Qobu qəsəbəsində beş mindən çox sakinin yaşadığı ünvanda kanalizasiya xətti yoxdur.

Sakinlər bu səbəbdən məcbur qalıb çirkab sular üçün quyular qazırlar.

Amma yağış yağan kimi quyular daşır və çirkab sular ilə birgə küçə boyu axır. Sakinlərin öz vəsaitləri hesabına kanalizasiya xətti çəkdirmək istəkləri isə heç bir nəticə vermir.

Mövcud məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ünvanda mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Master plana əsasən gələcəkdə həmin ünvanda kanalizasiya şəbəkəsinin qurulması planlaşdırılır.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru