Şaurma sataraq futbolda qazandığı pulun iki qatını qazanan dünya çempionu
13-03-2024, 16:48

Şaurma sataraq futbolda qazandığı pulun iki qatını qazanan dünya çempionu
38 yaşlı alman hücumçu Lukaş Podolski qurduğu bizneslərlə futbolda qazandığı puldan daha çoxunu qazanıb.
İndex.az xəbər verir ki, hələ də karyerasını davam etdirən Podolski Almaniyada bir sıra bizneslər qurub.
Belə ki, Lukaş futbolla vidalaşdıqdan sonra özünü gəlirlə təmin etmək üçün bir neçə il əvvəl biznesin müxtəlif sahələrinə investisiya qoymağa başlayıb.
Podolski 2017-ci ildə açılan “Ice Cream United” adlı dondurma salonu ilə biznesə başladı.
Müəssisə hücumçunun karyerasının çox hissəsini keçirdiyi Kölndə yerləşir.
Futbolçu bununla da dayanmayıb və bir il sonra həmin şəhərdə şaurma məntəqəsi və kiçik özəl idman mərkəzi açıb.
Podolskinin sözlərinə görə, onun heç bir biznes planı yoxdur:
“Biznes ideyaları mənə kortəbii görünür. Səmimi olaraq etiraf edə bilərəm ki, mənim heç bir biznes planım yoxdur, sadəcə bunu uğurla həyata keçirə biləcəyimə ümidlə yeni və maraqlı bir şey sınamağa çalışıram”.
Almaniya millisinin keçmiş hücumçusu artıq üçüncü mövsümdür ki, Polşanın “Qornik” klubunda çıxış edir.
Çox güman ki, bu klub forvardın karyerasında sonuncu komanda olacaq.
Buna baxmayaraq, Lukaş yaxın gələcəkdə futbolu tərk etdikdən sonra nə edəcəyi sualı ilə qarşılaşmayacaq.
Çünki onun bu suala artıq hazır cavabı var.