Əmək Məcəlləsində olan və işçilərin xeyrinə olan bir çox maddi hüquq normalarından istifadə olunmur və ya tədbiq olunmur.
13-03-2024, 19:15

Bu barədə dəfələrlə yazmışam və hesab edirəm ki, bir çoxları da mənimlə razılaşar. Hər bir bir müəssisə yaradılan Həmkarlar İttifaqı Təşkilatının sədri: həmin müəssisədə böyük nüfuza malik,peşəkar,həm işçilər, həm də işəgötürən qarşısında müəyyən hörmətə malik, az da olsa iradəyə malik, az da olsa müstəqil, eyni zamanda işçilər və işəgötürən arasında yaranan mübahisəni sülh yolu ilə nizama sala bilən, Əmək Məcəlləsindən və digər əmək qanunvericiliyindən məlumatlı olan şəxslər olmalıdır.
Çox təəssüf ki, bunun nəticəsidir ki, Əmək Məcəlləsində olan və işçilərin xeyrinə olan bir çox maddi hüquq normalarından istifadə olunmur və ya tədbiq olunmur.
Onlardan biri də müəssisisələrdə: həmkarlar ittifaqı təşkilatlarının nəzdində məhkəməyə qədər "Fərdi əmək mübahisələrinə baxan" Komissiyanın yaradılmamasıdır.
Bu Komissiyanın yaradılmasınln işçilər üçün üstünlüyü ondan ibarətdir ki, bu komissiyada həm işçilərin, həm də işəgötürənlərin üzv və nümayəndəlırinin sayı bərabərdir, bu əmək mübahisəsi müəssisədən kənara çıxmadan müəssisə daxili həll edilir, əmək mübahisəsi hər iki tərəf arasında gərginlik, prinsip və ya qarşıdurma yaratmır, tərəflər ən azından bir birinə düşmən gözü ilə baxmır, bu barədə komissiyasının qərarının yerinə yetirilməsi məcburidir, işçilər də məhkəməyə müraciət etmək üçün əlavə olaraq 3 ay iddia müddəti qazanır və sair.
Müəssisədə: həmkarlar ittifaqları təşkilatının nəzdində belə komissiyanın yaradılması və normal fəaliyyət göstərməsi, həm həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu qaldırar, həm də işçilərin işdən azad edilməlıti və digər əmək hüquqlarının pozulmasının qarşısını alar.
Lakin, çox təəssüf ki, Həmkarlar ittifaqları təşkilatının və ya onların sədrinun əhəmiyyət verməməsi nəticəsində, belıə Komissiyanın yaradılması barədə şərt Kollektiv müqaviləyə daxil edilmir. Ümumiyyətlə, son 30 ildə mən belə bir komissiyanın yaradılmasını və ya bu komissiyanın hər hansı bir belə qərarına rast gəlməmişəm.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən isə:
Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə: həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər.
Fərdi əmək mübahisələrinə baxan orqana işçi- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, bu mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər.
Azər Quliyev.
TEREF