DSK nə üçün elektron ticarət dövriyyəsini açıqlamır?

14-03-2024, 09:04           
DSK nə üçün elektron ticarət dövriyyəsini açıqlamır?
Bu gün Dövlət Statistika Komitəsi yenə də pərakəndə ticarət dövriyyəsini açıqlayıb, amma e-ticarətlə bağlı heç nə deməyib.
Bu, doğru bir yanaşma deyil.
Prezident özünün bütün çıxışlarında rəqəmsal transformasiyadan, müasir trendlərdən danışır, onlara uyğun da çağırışları qeyd edir.
Amma DSK kor tutduğunu buraxmayan kimi, ancaq klassik statistikanı açıqlayır.
Düşünürəm ki, DSK e-ticarətlə bağlı dövriyyənin hesablanması metodikasını dərc etməli və ona uyğun da statistikanı açıqlamalıdır.
Xatırladıram ki, bir müddət öncə Mərkəzi Bankın ölkədə e-ticarət dövriyyəsinin 70% olması ilə bağlı açıqlaması real e-ticarəti əks etdirmir.
Odur ki, DSK -dan bu istiqamətdə açıqlamalar gözləyirik.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru