Azəriqaz-ın mühasib Samir Rəhmanovun qanunlardan xəbəri yoxdur...

14-03-2024, 12:28           
Azəriqaz-ın mühasib Samir Rəhmanovun qanunlardan xəbəri yoxdur...
Cənablar, ölkə qanunvericiliyinə hörmətlə yanaşın!
Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Qaz Kəmərlərinin sökülməsi sahəsinin ezamiyyəyə göndərilən işçilərindən mehmanxana xərcləri barədə sənəd(çek)tələb edən və sənəd təqdim edilmədiyi halda ezamiyyə xərclərinin ödənilməyəcəyini bildirən mühasib Samir Rəhmanov üçün təkrar marifləndirmə:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarına əsasən Ezamiyyə xərclərinin normaları haqqında 25 yanvar 2008-ci il, 14 saylı qərarının "1-1. bəndi ( Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. ") ləğv olunub.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru