Mustafa Tayata məxsus olan şirkət əmək hüquqlarını pozub?

15-03-2024, 07:04           
Mustafa Tayata məxsus olan şirkət əmək hüquqlarını pozub?
Türkiyəli iş adamı Mustafa Tayata məxsus olduğu deyilən “Stil-Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarını pozub.

“Stil-Tekstil” MMC rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunub.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilib.

Şirkətin qanuni təmsilçisi olan Osmanov Fəqan Vaqif oğlu dövlət qurumunun qərarından Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət edib və iş hakim Nigar İmanovanın icraatındadır.

Həmin maddəyə görə, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. \\Valyuta.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.