Zəlzələ xəbərdarlığını ilk olaraq kim verməlidir ?
15-03-2024, 08:24
Məlumdur ki, son zamanlar baş verən zəlzələlərlə bağlı xəbərdarlıq mesajlarını vətəndaşlarımıza ilk olaraq Google göndərib. İndi Report-un əməkdaşının Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzindən hazırladığı yazıya rast gəldim. Düşündüm ki yuxarıdakı sualın cavabını tapacağam. Monitorinq Mərkəzinin rəhbəri ilə olan müsahibə maraqlı və informasiyalı olsa da, Mərkəzdə istifadə olunan çoxsaylı texnologiyalar sadalansa da bu məsələlərlə bağlı yeganə ictimai əhəmiyyət kəsb edən sualın cavabını tapa bilmədim. Xatırladıram ki, bu problem yalnız bizdə deyil. Bir müddət öncə Qazaxıstanda da baş verən zəlzələ ilə bağlı xəbərdarlığı ilk olaraq Google göndərib. Bu məsələ onlarda da ciddi müzakirələrə səbəb oldu, parlamentlərində müzakirə olundu. İndi onun həlli yolunu tapiblar. Düşünürəm ki, Seysmoloji Xidmət Mərkəzi, FHN və digər aidiyyatı qurumlar bu problemi zamanında həll etməlidirlər. Osman Gunduz TEREF